“Google”, “Amazon”, Apple” və “Facebook” kimi şirkətlər vergidən yayına bilirlər

Avropa İttifaqında (Aİ) fəal biznes aparan “Google”, “Amazon”, Apple” və “Facebook” kimi Amerika texnologiya nəhəngləri Aİ-nin Vergi Məcəlləsindəki müddəalardan öz xeyirlərinə istifadə edərək uzun müddət vergidən yayına bilərlər.

Başda Fransa olmaqla Aİ üzvü olan ölkələrin təşkil etdiyi bu qrup təmayülün qarşısını almaq niyyətindədir. Fransanın, Almaniyanın, İtaliyanın və İspaniyanın maliyyə nazirləri birgə məktub imzalayaraq Aİ sədrlərinə, eləcə də Avropa Komissiyasının üzvlərinə göndəriblər. Məktubda “Google”, “Amazon”, Apple” və “Facebook” kimi şirkətlər üçün yeni verginin tətbiq olunması tələb edilib.

Qeyd edək ki, 2016-cı ildə “Apple” şirkətinin üzərinə Aİ ölkələrində vergidən yayındığına görə, 13 mlrd. avro ödəmək öhdəliyi qoyulub. Lakin şirkət hazırda bu qərarı ləğv elətdirmək istiqamətində işlər aparır. “Google” şirkəti də ondan 1.13 mlrd. avro tələb edən Fransa üzərində qələbə qazanıb. “Amazon” şirkəti isə Böyük Britaniyanın vergi orqanlarına 9.8 milyon dollar vəsait ödəyib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır