Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Google, istifadəçi məlumatlarını gizli topladığı üçün 314 milyon dollar cərimələndi - BBN

Google, istifadəçi məlumatlarını gizli topladığı üçün 314 milyon dollar cərimələndi

Kaliforniya ştatında münsiflər heyəti Amerikanın “Google” korporasiyasını istifadəçilərin xəbəri olmadan Android cihazlarından mobil məlumatların istifadəsi ilə bağlı ümumi məhkəmə iddiasında 314 milyon dollar ödəməyə məcbur edib.

BBN.az xəbər verir ki, bu barədə iyulun 1-də Bloomberg agentliyi məlumat yayıb.

İddia 2019-cu ildə qaldırılıb. İttiham tərəfi bildirib ki, “Google” Android cihaz sahiblərinin mobil internet trafikindən qeyri-qanuni şəkildə istifadə edib və bu məlumatları sonradan korporativ məqsədlərlə işlədib. Şirkət isə israr edir ki, məlumatların toplanması istifadəçi müqaviləsinə uyğun həyata keçirilib. “Google” münsiflər heyətinin hökmündən apellyasiya şikayəti verməyi planlaşdırır.

“Bu qərar istifadəçilər üçün problemlər yaradacaq, çünki o, Android cihazlarının təhlükəsizliyi, performansı və etibarlılığı üçün vacib olan xidmətləri düzgün qiymətləndirməyib”, — deyə “Google” sözçüsü Xose Kastaneda bildirib.

Related posts

Anthropic ofis üçün süni intellekt alətlərini genişləndirir

“eBay” 800 işçisini ixtisar edəcək

Nvidia-nın gəliri 73 faiz artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı