Home » “Google” 5.4 milyardlıq satınalma həyata keçirib

“Google” 5.4 milyardlıq satınalma həyata keçirib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Beynəlxalq texnologiya nəhəngi “Google” (Alphabet Inc)  şirkəti irihəcmli satınalma həyata keçirdiyini açıqlayıb. 2004-cü ildə yaradılan kibertəhlükəsizlik üzrə fəaliyyət göstərən “Mandiant” şirkətini tərkibinə qatan “Alphabet” 2012-ci ildə “Motorola Mobility” şirkətini 12.5 milyard dollara satın almasından bu yana ən böyük satınalma tranzaksiyasını həyata keçirib. 

“Mandiant” şirkətinə səhmbaşına 23 dollar ödəniş həyata keçirən şirkət ümumilikdə satınalma məbləğini 5.4 milyard dollar həcmində planlaşdırıb. 

“Google” tərəfindən verilən açıqlamaya görə, “Mandiant” şirkətinin satınalınmasında əsas məqsəd kimi, davam edən Rusiya-Ukrayna münaqişələri fonunda kibertəhlükəsizlik tədbirlərini gücləndirmək və bulud texnologiyasından istifadəni təkmilləşdirmək göstərilib. 

Qeyd edək ki, Virciniya mərkəzli “Mandiant” şirkəti hazırda kibertəhlükəsizlik üzrə lider şirkətlərdəndir və ümumi bazar kapitalizasiyası 5.15 milyard dollar həcmində dəyərləndirilir. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.