“Google”un axtarış alqoritmləri ilə bağlı sənədlər internetə sızıb

“Google” axtarış xidmətinin işləyişini təsvir edən təxminən 2,5 min səhifəlik sənəd internetə sızıb.

BBN.az xəbər verir ki, bu barədə “Verge” portalı məlumat yayıb.

İnternetdə aşkarlanan daxili sənədlərdə “Google”un topladığı və istifadə etdiyi verilənlər növləri haqqında məlumat var. Sənədlər həmçinin axtarış sisteminin kiçik saytlarla bağlı siyasəti, eləcə də “Google”un prezident seçkiləri kimi həssas mövzular üzrə sorğuları idarə etməsi haqqında məlumat verir.

Nəşr qeyd edib ki, bu “misli görünməmiş” sızma “Google”un axtarış sisteminin işi ilə bağlı açıqlamalarında “heç də tam dürüst olmadığını” düşünməyə əsas verir.

“Google”un sözçüsü Devis Tompson “Verge”ə sızmanın baş verdiyini təsdiqləsə də, dərc olunmuş “məlumatların kontekstdən çıxarıldığını, köhnə və ya natamam məlumatlara əsaslandığını” iddia edib.

Related posts

“Nvidia”nın xalis mənfəəti və gəliri 2 dəfə artıb

Nüfuzlu təhsil müəssisəsi Azərbaycanda İKT üzrə ixtisasartırma proqramına başlayır

Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı