Home » Göyçay rayonu aqrar sığorta filialı fermerlərlə görüşləri davam etdirir

Göyçay rayonu aqrar sığorta filialı fermerlərlə görüşləri davam etdirir

by bbnadm
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Mərkəzi Aran iqtisadi rayonunu əhatə edən Göyçay filailının əməkdaşları Bərdə, Yevlax, Ağdaş rayonlarında fermerlərlə görüşüblər.

Aqrar sığorta mexanizminin təbliği ilə bağlı bölgələrdə fermerlərlə görüşlər davam etdirilir. Mərkəzi Aran iqtisadi rayonunu əhatə edən Göyçay Aqrar sığorta filialının rəhbəri Rauf Həmidov Bərdə rayonu DAİM-də KOB dostunun təşkilatçılığı ilə sahibkarlarla keçirilən görüşdə iştirak edib. Əkinçilik və heyvandarlıq fəaliyyəti ilə məşğul olan fermerlər onları maraqlandıran məsələlərlər bağlı suallar ünvanlayıblar.

Aqrar sığortanın Mərkəzi Aran filialının nümayənələri Yevlaxın Aran qəsəbəsində İqtisadi inkişaf Nazirliyinin pilot layihəsi olan “Aqropark”da bağ sahibləri ilə görüşüblər. Hazırda meyvə ağaclarının sığortalanması mövsümü olduğu üçün meyvə bağlarının sığorta qaydaları, aqrar sığortanın vacibliyi haqqında sahibkarlara məlumat verilib.

Mərkəzi Aran filialının əməkdaşları Ağdaş rayonun Dəhnə kəndində də fermerlərlə görüşərək onlara aqrar sığortanın əhəmiyyəti, sığorta qaydaları haqqında məlumat veriblər.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.