Göygöldə vergi ödəyicilərinin müraciətlərinə baxılacaq

28 oktyabr 2016-cı il tarixində vergilər naziri Fazil Məmmədov Göygöl rayonunda Heydər Əliyev Mərkəzində Göygöl, Gəncə, Samux, Goranboy və Daşkəsən rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.

Qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaqdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır