Gücləndirilmiş Müştəri Autentifikasiyasının (SCA) tətbiqi mövzusuna dair seminar keçirilmişdir

22 oktyabr 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA), Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) və “Visa Inc.” beynəlxalq ödəniş sisteminin birgə əməkdaşlığı çərçivəsində rəqəmsal ödənişlərdə təhlükəsizlik səviyyəsinin yüksəldilməsi və bu sahədə qabaqcıl beynəlxalq təcrübənin açıqlanması məqsədilə Gücləndirilmiş Müştəri Autentifikasiyasının (SCA) tətbiqi mövzusuna dair seminar keçirilmişdir.

ABA-ya üzv bankların aidiyyəti sahə üzrə mütəxəssislərinin iştirak etdiyi seminarda “Visa Inc.” beynəlxalq ödəniş sisteminin ekspertləri tərəfindən SCA-yə dair tələblər üzrə qabaqcıl təcrübə paylaşılmışdır.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 3 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

Related posts

İstanbulda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişaf etməkdə olan Bazarlar Forumu keçirilib

Ziraat Bank Azərbaycanın İdarə Heyətinin sədri ABA-nın 35 illiyini təbrik edib

Azərbaycan nümayəndə heyəti Pakistana səfər edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı