Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Güclü dollar Salesforce, Microsoft, IBM üçün ciddi problemdir, ancaq bu texnologiya şirkəti daha da varlanıb - BBN

Güclü dollar Salesforce, Microsoft, IBM üçün ciddi problemdir, ancaq bu texnologiya şirkəti daha da varlanıb

Bir sıra texnologiya şirkətləri üçün güclü dollar, qlobal inflyasiya və Çində Covid-19-dan dolayı yaranan qapanmalar “başağrısına” çevrilib. Lakin maraqlısı budur ki, Almaniyanın texnologiya nəhəngi SAP şirkətinin baş icraçı direktoru (CEO) Christian Klein isə bildirir ki, bu qayda onlar üçün istisnadır. 

BBN.az CNBC Business-ə istinadən xəbər verir ki, CEO əlavə edib ki, “ən böyük rəqiblərimiz ABŞ bazarındadır, beləliklə, güclü dollar əslində xeyir gətirib. Bizim böyük gəlirlərimiz dollardan gəlir. SAP hesabatlarını isə avro ilə qeyd edir”.

İyulda avro dollar ilə son 20 ildə ilk dəfə bərabərlik əldə etmişdi. Ötən həftələrdə isə avro yenidən dəyər qazanmağa başlamışdı. 2022-ci ilin ilk iki cari rübündə SAP bütün gəlirlərinin 34%-ni və bulud texnologiyalarından gələn gəlirlərin isə 52%-ni ABŞ bazarından əldə edib. 

Klein qeyd edib ki, inflyasiyanın yüksəlməsi isə müştərilərin davranışlarını dəyişdirib, indi onlar yerli kompüter təminatından daha çox, bulud hesablama xidmətlərinə üstünlük verirlər. Buna səbəb isə yüksələn inflyasiya fonunda artan xərclərə qənaət etməkdir. 2022-ci ilin avqustunda açıqlanan rəqəmlərə, əsasən ABŞ-da illik inflyasiya 8.3% olub. 

Digər böyük texnologiya şirkətləri, bura daxildir, Salesforce, Microsoft, IBM-dən isə bildiriblər ki, güclü dollar yaxın hesabat rübündə onların gəlirlərinə təsir edəcək. 

SAP isə 2025-ci ilə qədər bulud texnologiyalarından gəlirlərini 22 milyard dollara yüksəltməyi hədəfləyib. 

Related posts

“Canva” süni intellektin dəstəyilə 4 milyard dollar gəlir əldə edib

Zukerberq: “Instagram”da yaş məhdudiyyətlərinin tətbiqi çox çətindir

“Google” ABŞ-da məlumat mərkəzləri üçün yeni müqavilə imzalayıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı