“Günəşli” yatağında yeni quyu istismara verilib

“Günəşli” yatağındakı 7 nömrəli dərin dəniz özülündən 318 nömrəli quyu qazmadan sonra istismara verilib. Fasilə Lay Dəstəsinə qazılan quyu qazlift üsulu ilə məhsul vermiş, 2816-2778 metr intervaldan sutkalıq 63 ton neft və 9000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilmişdir.

Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır