“Günəşli” yatağındakı özüldə təmir işləri davam etdirilir

Ötən il dekabrın 4-də Xəzər dənizində baş vermiş təbii fəlakət zamanı “Günəşli” yatağında qəzaya məruz qalmış 10 saylı dərin dəniz özülündə təmir-bərpa işləri davam etdirilir.Dünən, 4 noyabr 2016-cı il tarixində təxminən saat 23 radələrində Xəzər dənizində baş vermiş zəlzələ nəticəsində özüldə silkələnmə müşahidə edilmiş, döşəmədəki dəmir lövhələrin bir neçəsində qaynaqdan qopmalar olmuşdur. İşçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onların bir hissəsi təxliyyə olunmuşdur. Hadisə yerində ekspertlər tərəfindən texniki müayinə aparılmış, özüldə heç bir konstruktiv dəyişiklik müəyyən olunmamışdır. Hazırda “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə təmir və istehsalat prosesləri ümumi rejimdə davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır