“Günəş elektrik stansiyaları üçün ərazilərin müəyyənləşdirilməsi” mövzusunda onlayn seminar keçirilib

Azərbaycan-Türkiyə Enerji Forumu çərçivəsində fəaliyyət göstərən “Bərpa olunan enerjidən istifadə və enerji səmərəliliyi” üzrə İşçi Qrupun təşəbbüsü ilə “Günəş elektrik stansiyaları üçün ərazilərin müəyyənləşdirilməsi” mövzusunda onlayn seminar keçirilib.

Seminarın açılış hissəsində Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Hasan Akata və Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) şöbə müdirinin müavini Cəbrayıl Əliyev çıxış edərək Türkiyədə baş vermiş zəlzələyə görə dərin təəssüf hissi keçirdiklərini ifadə ediblər.

Onlayn seminarda günəş elektrik stansiyaları üçün ərazilərin müəyyənləşdirilməsinin texniki və inzibati təfərrüatları barədə qarşı tərəfin təqdimatı dinlənilib. Görüşdə həmçinin qarşılıqlı əməkdaşlıq istiqamətləri müzakirə edilib, iştirakçıların sualları cavablandırılıb.

Görüşdə iki ölkə arasında əməkdaşlığın enerji sahəsində də uğurla inkişaf etdiyini vurğulanıb, hər iki ölkənin yüksək günəş enerjisi potensialı olduğu diqqətə çatdırılıb. Azərbaycan-Türkiyə Enerji Forumu çərçivəsində fəaliyyət göstərən İşçi Qrupun faydalı əməkdaşlığı qeyd olunub.

Seminarda Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (AREA), nazirliyin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA), “Azərenerji” ASC, “Azərişıq” ASC-nin mütəxəssisləri həmçinin türkiyəli mütəxəssislər iştirak ediblər.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı