Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Gürcüstan bankı “Mastercard” ilə ortaq layihəyə start verib

Gürcüstan bankı “Mastercard” ilə ortaq layihəyə start verib

Gürcüstanın ən böyük kommersiya banklarından biri olan “Bank of Georgia” beynəlxalq ödəniş texnologiyaları sxeması olan “Mastercard” ilə tərəfdaşlıq çərçivəsində yeni bir layihəyə imza atıb.

Yeni tərəfdaşlıq layihəsi çərçivəsində “Bank of Georgia” öz istifadəçilərinə “Viber” sosial media tətbiqetməsi vasitəsilə pul köçürmələri həyata keçirməyə imkan tanıyacaq. “Viber” hesabının müştərinin plastik kart hesabı ilə inteqrasiyası nəticəsində aktivləşdirilən funksiya vasitəsilə yerli valyutada (Lari) köçürmələrin həyata keçirilməsi mümkünləşəcək.

Qeyd edək ki, hazırda Macarıstan, Rumıniya, Ukrayna və Belarusda sözügedən layihə icra mərhələsindədir və tərəfdaş banklara böyük uğur gətirib.  

Related posts

Qızıl geri çəkildi – Güclü ABŞ iqtisadiyyatı bazarı silkələdi

Asiyada valyuta savaşı: Dollar geri çəkilir

Rəsmi valyuta məzənnələri(9.02.2026)

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı