Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Gürcüstan bankları bir trilyon lariyə yaxın zərər açıqlayıb

Gürcüstan bankları bir trilyon lariyə yaxın zərər açıqlayıb

Gürcüstan mərkəzli kommersiya bankları 2020-ci ilin mart ayı üzrə göstəricilərini açıqlayıb. Gürcüstan Milli Bankı (NBG) tərəfindən cəmləşdirilən hesabata əsasən, Gürcüstan bankları mart ayında 943 milyard 130 milyon lari (təqribən 504 milyard 425 milyon manat) zərərə uğrayıb.

Belə ki, mart ayında bankların gəlir göstəricisi 405 milyard 960 milyon lari səviyyəsində olub. Xərclər isə 1 milyard 485 milyon 330 min larini ötüb.

Detallı olaraq nəzər saldıqda, cərimələrdən 3 milyard 620 milyon lari, forex tranzaksiyalarından 43 milyard 956 milyon lari, komissiya və xidmət rüsumlarından isə 20 milyard 383 milyon lari gəlir əldə edildiyini müşahidə edə bilərik.

Məlumat üçün qeyd edək ki, 2019-cu ildə Gürcüstan mərkəzli kommersiya banklarının ümumi gəlirləri 953 milyard 635 milyon larini (təqribən 510 milyard 176 milyon manat) ötmüşdü.

Related posts

Təhsil kreditindən yararlanan tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirilib

“Expressbank”ın sponsorluğu ilə “ASAN xidmət”in 3-cü “RoboCode” düşərgəsi başa çatıb

RABİTƏBANK RAMAZAN VƏ NOVRUZ BAYRAMI ƏRƏFƏSİNDƏ ŞƏHİD AİLƏLƏRİNİ ZİYARƏT EDİB

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı