Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Gürcüstanın Azərbaycana ixracı 4%-dək azalıb - BBN

Gürcüstanın Azərbaycana ixracı 4%-dək azalıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla Gürcüstanın ticarət dövriyyəsinin dəyəri 1 milyard 93 milyon 658 min dollara bərabər olub.

BBN.az Gürcüstan Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, ötən 10 ayda Gürcüstandan Azərbaycana ixracın dəyəri 587 milyon 850 min dollar təşkil edib. Bu da illik müqayisədə 3,8% azdır. Azərbaycana ixrac Gürcüstanın ümumi ixracının 10.1%-ni təşkil edib.

2024-cü ilin yanvar-oktyabr ayında bu ölkədən Azərbaycana ixracın dəyəri 610 milyon 958 min dollar olub.

Gürcüstandan idxal isə 505 milyon 807 min dollara bərabər olub. Bu isə 2024-cü ilin 10 ayına nisbətdə 10,2% artım deməkdir. Ötən ilin eyni dövründə bu göstərici 459 milyon 56 min dollar təşkil edirdi.

Related posts

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti 2025-ci ildə dövlət qurumlarını 450 milyon zərərli keçiddən qoruyub

Moody’s Ratings Azərbaycan bank sisteminin perspektivini “pozitiv” səviyyədə qiymətləndirib

Banklar əhaliyə 118 mln. manat depozit faizi ödəyiblər

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı