Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Gürcüstanın Azərbaycandan neft idxalı kəskin artıb - BBN

Gürcüstanın Azərbaycandan neft idxalı kəskin artıb

Bu ilin yanvar ayında Gürcüstan Azərbaycandan 12 milyon ABŞ dolları dəyərində 19 min 504 ton neft və neft yağları idxal edib.

Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 180 dəfə, kəmiyyət baxımından isə 454 dəfə çoxdur.

Hesabat dövründə Gürcüstan ümumilikdə xarici ölkələrdən 193 milyon ABŞ dolları dəyərində 277,44 min ton neft və neft yağları idxal edib. Bu, illik müqayisədə dəyər ifadəsində 80 %, həcm baxımından isə 94 % artım deməkdir.

Yanvar ayında Gürcüstana əsas tədarükçülər Rusiya (51 milyon ABŞ dolları; 87 min ton), Rumıniya (42 milyon ABŞ dolları; 61,73 min ton), Yunanıstan (19 milyon ABŞ dolları; 25,62 min ton), Kipr (17 milyon ABŞ dolları; 23 min ton) və Bolqarıstan (14,8 milyon ABŞ dolları; 20,8 min ton) olub.

Xatırladaq ki, 2025-ci ildə Gürcüstan xaricdən ümumilikdə 1,36 milyard ABŞ dolları dəyərində 1,81 milyon ton neft və neft yağları idxal edib. Bunun 118 milyon ABŞ dolları dəyərində 172 min tonu Azərbaycanın payına düşüb.

Related posts

Azərbaycanın Almaniyaya xam neft ixracı 5 dəfədən çox azalıb

“Azeri Light” nefti 70,95 dollara yüksəlib

Enerji bazarında kritik həftə – Qiymətlər daha da arta bilər

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı