Güzəştli kreditlər üzrə fərqlənən müvəkkil kredit təşkilatları müəyyənləşib – Foto

2024-cü ilin yeddi ayı ərzində Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə 3252  layihənin maliyyələşdirilməsinə 119  milyon manat güzəştli kredit verilib.

 

Bu ilin yeddi ayı ərzində sahibkarların invesitisiya layihələrinə verilmiş güzəştli kreditlərin sayına görə “Bank Respublika” ASC, “Rabitəbank” ASC, “AccessBank” QSC, “Yelo Bank” ASC və “Aqrarkredit” QSC fərqlənib. Həmin dövrdə verilmiş güzəştli kreditlərin məbləği üzrə fərqlənən müvəkkil kredit təşkilatlarına isə “Bank Respublika” ASC, “Rabitəbank” ASC, “AccessBank” QSC”, “Azərbaycan Beynəlxalq Bankı” ASC və “Yelo Bank” ASC daxildir.

Qeyd edək ki, sahibkarlar SİF-in güzəştli kreditlərindən yararlanmaq üçün müvəkkil kredit təşkilatlarına müraciət etməlidirlər. Müvəkkil kredit təşkilatlarına Fondun əməkdaşlıq etdiyi banklar, bank olmayan kredit təşkilatları və kredit ittifaqları aiddir.

Related posts

“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır

Dövlət Xidməti internet tariflərinin artımı ilə əlaqədar araşdırmalara başlayıb

Azərbaycanın 5 şəhərində “Sığorta Festivalı” keçiriləcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı