Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Güzəştli kreditlər üzrə fərqlənən müvəkkil kredit təşkilatları müəyyənləşib - Foto - BBN

Güzəştli kreditlər üzrə fərqlənən müvəkkil kredit təşkilatları müəyyənləşib – Foto

2024-cü ilin ilk beş ayı ərzində Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə 2261 layihənin maliyyələşdirilməsinə 83,4 milyon manat güzəştli kredit verilib.

Bu ilin ilk beş ayı ərzində sahibkarların invesitisiya layihələrinə verilmiş güzəştli kreditlərin sayına görə “Bank Respublika” ASC, “Rabitəbank” ASC, “AccessBank” QSC, “Yelo Bank” ASC və “Aqrarkredit” QSC fərqlənib.

Həmin dövrdə verilmiş güzəştli kreditlərin məbləği üzrə fərqlənən müvəkkil kredit təşkilatlarına isə “Bank Respublika” ASC, “Rabitəbank” ASC, “Azərbaycan Beynəlxalq Bankı” ASC, “AccessBank” QSC və “Yelo Bank” ASC daxildir.

Qeyd edək ki, sahibkarlar SİF-in güzəştli kreditlərindən yararlanmaq üçün müvəkkil kredit təşkilatlarına müraciət etməlidirlər. Müvəkkil kredit təşkilatlarına Fondun əməkdaşlıq etdiyi banklar, bank olmayan kredit təşkilatları və kredit ittifaqları aiddir.

 

Related posts

Azərbaycan Mərkəzi Bankı: Təminatsız pul bazarında faizlər uçot dərəcəsinə yaxınlaşır

Azərbaycan Banklar Assosiasiyası ilə Çin Kənd Təsərrüfatı Bankı arasında işgüzar görüş keçirilib

AMB: Maliyyə bazarlarında gəlirlilik əyrisi azalıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı