Hər qaçqına görə on min avro ödəniləcək

Avropa Komissiyası İsveçrənin Cenevrə şəhərində keçirilən Birinci Beynəlxalq Qaçqın Forumunda Avropa Birliyinə daxil olan ölkələrin 2020-ci il üçün 30 minə yaxın qaçqını qəbul edəcəyini açıqlayıb. Bununla yanaşı, qaçqınları qəbul edən hər bir ölkəyə qəbul etdikləri hər bir qaçqına görə Avropa Birliyi büdcəsindən 10 min avro məbləğində maliyyə dəstəyi göstəriləcəyi vurğulanıb. Qaçqınların qəbulu çərçivəsinə Türkiyə, Livan və İordaniyaya üstünlük veriləcəyi bildirilib.

Qeyd edək ki, ən son Avropa Komissiyası 2015-ci ildə böyük qaçqın axınına məruz qalan İtaliya və Yunanıstanın yükünü azaltmaq məqsədilə 160 minə yaxın qaçqının digər Avropa Birliyi ölkələrində yerləşdirilməsi ilə bağlı qərar qəbul edib. Lakin, Macarıstan, Çexiya, Slovakiya, Polşa kimi bir sıra ölkələrin bu qərara etiraz edərək qaçqınları qəbul etməkdən imtina etməsi ilə, yerləşdirilən qaçqın sayını 65 min civarında qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır