İlk dəfə olaraq “Elektron Hərrac” vasitəsilə əmlak özəlləşdirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 26 dekabr tarixində keçirilən növbəti əmlak hərracında ümumilikdə 22 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 2-i kiçik dövlət müəssisə və obyekti, 16-ı qeyri-yaşayış sahəsi, 4-ü isə nəqliyyat vasitəsidir.  Bakı  şəhəri üzrə 1 kiçik dövlət müəssisəsi, 12 istifadəsiz qeyri-yaşayış sahəsi, 4 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 1 kiçik dövlət müəssisəsi və 4 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib.

Həmçinin, özəlləşdirmə tarixində ən mühüm yeniliklərdən biri baş verib. Dövlət əmlakının 4-ü Elektron Hərrac vasitəsilə özəlləşdirilib. Həmin əmlaklar isə Bakının Nəsimi, Yasamal, Suraxanı rayonlarında yerləşən qeyri-yaşayış sahələri və UAZ-31519  markalı nəqliyyat vasitəsi olub.

Qeyd edək ki, hərracda özəlləşdirilən qeyri-yaşayış sahələrinin 12-si paytaxtda, 4-ü isə regionda yerləşir. Paytaxtda özəlləşdirilən qeyri-yaşayış obyektinin 6-ı Nəsimidə, 2-i Yasamalda, 2-i Nizamidə qalanı isə müvafiq olaraq Suraxanı və Nərimanov rayonlarında yerləşir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır