Hərracdakı dollarların 60%-ni Mərkəzi Bank alıb

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon dollar məbləğində vəsait hərraca çıxarılıb, bu vəsaitdən 20 milyon dollar məbləğində vəsait 11 banka və 30 milyon dollar məbləğində vəsait isə Azərbaycan Respublikası Mərkəzi Bankına satılıb.

İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcəkdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır