Home » Həssas qrupdan olan şəxslərin məşğulluğuna dəstək sahəsində Latviya ilə əməkdaşlıq həyata keçiriləcək

Həssas qrupdan olan şəxslərin məşğulluğuna dəstək sahəsində Latviya ilə əməkdaşlıq həyata keçiriləcək

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi və Latviya Respublikasının Rifah Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi arasında əməkdaşlıq istiqamətlərinə dair Fəaliyyət Planı imzalanıb. 

Sənədi Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli  və Latviyanın Rifah Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin direktoru Evita Simsone imzalayıblar. 

Görüşdə M.Abbasbəyli Azərbaycanla Latviya arasında ikitərəfli əlaqələrdən bəhs edib, sosial sahədə  əməkdaşlıq əlaqələrinin də ildən-ilə genişləndiyini vurğulayıb. 

Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri, son illər məşğulluq sahəsində aparılan islahatlar, rəqəmsal məşğulluq xidmətlərinin qurulması istiqamətində əldə olunan nailiyyətlər barədə məlumat verilib. “Əmək və Məşğulluq” altsisteminin “IDDA Awards” müsabiqəsində “İlin Rəqəmsal Layihəsi” nominasiyası üzrə qalib elan edildiyi qeyd olunub.

E.Simsone rəhbərlik etdiyi qurumun 17 əsas missiya üzrə fəaliyyət göstərdiyini və Fəaliyyət Planı üzrə həyata keçiriləcək əməkdaşlığın qarşılıqlı faydalı olacağını bildirib.

Fəaliyyət Planına əsasən iki qurum arasında 2023-cü ildə sosial cəhətdən həssas qrupdan olan vətəndaşların məşğulluq imkanlarının genişləndirilməsi, gənclər arasında işsizliyin qarşısının alınması üzrə təcrübə mübadilələri həyata keçiriləcək. 

Həmçinin gənclərin əmək bazarına inteqrasiyasına dəstək məqsədli birgə layihələr, təlimlər, seminarlar təşkil ediləcək, əmək bazarı proqnozlarının hazırlanması istiqamətində birgə iş aparılacaq, qarşılıqlı işgüzar səfərlər həyata keçiriləcək.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.