Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Həvəsləndirmə və Biznes mükafatları” müsabiqəsi barədə məlumatlandırma görüşü keçirilib - BBN

“Həvəsləndirmə və Biznes mükafatları” müsabiqəsi barədə məlumatlandırma görüşü keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində Quba-Xaçmaz və Qazax-Tovuz regionlarında “Həvəsləndirmə və Biznes mükafatları” müsabiqəsi haqqında məlumatlandırma görüşü keçirilib.

Görüşdə 2021-ci ilin dekabr ayından etibarən istehsal və xidmət istiqamətləri üzrə aktiv almış, biznes fəaliyyəti göstərən benefisiarlar iştirak ediblər.

İştirakçılara benefisiarlara əlavə dəstək mexanizmi kimi nəzərdə tutulan “Həvəsləndirmə və Biznes mükafatları” müsabiqəsinin şərtləri, tələb olunan kriteriyalar haqqında məlumat verilib.

Qeyd olunub ki,  keçiriləcək müsabiqədə şərtlərə uyğun gələn benefisiarlara mövcud biznes zərflərinə əlavə olaraq avadanlıqların verilməsi nəzərdə tutulub. Bununla da seçiləcək benefisiarlar əlavə dəstək almaqla mövcud bizneslərini genişləndirmək imkanına malik olacaqlar.

Benefisiarları maraqlandıran suallar cavablandırılıb, onların bu cür əlavə dəstək mexanizmlərindən faydalanmasına dair tövsiyələr verilib.

Related posts

Daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı