Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Həyata yol ver! / Life comes first on the road!” adlı film müsabiqəsinə start verilib - BBN

“Həyata yol ver! / Life comes first on the road!” adlı film müsabiqəsinə start verilib

“Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi” Tvinninq layihəsi çərçivəsində “Həyata yol ver! / Life comes first on the road!” adlı film müsabiqəsinə start verilib.

Belə ki, həm peşəkar, həm də həvəskar film müəllifləri bu linkə daxil olub qeydiyyatdan keçməklə müsabiqədə iştirak edə bilərlər. Filmlərin xronometrajının 5 dəqiqəyə qədər olması nəzərdə tutulub.

Müsabiqənin keçirilməsində əsas məqsəd yol hərəkətinin təhlükəsizliyi, yol-nəqliyyat hadisələrinin səbəb olduğu sosial nəticələr və düzgün davranış haqqında ictimaiyyəti məlumatlandırmaqdır.

Yol hərəkətinin təhlükəsizliyi ilə bağlı maarifləndirmənin bu formada aparılması daha geniş auditoriyanın məlumatlandırılmasını təmin etmək, sürücü və piyadaların davranışlarını müsbət mənada dəyişdirmək və daha çox insana öz yaradıcılıq bacarıqlarını ifadə etmək üçün imkan yaratmaqdır.

Qeyd edək ki, Tvinninq layihəsi yol hərəkətinin təhlükəsizliyi sisteminin hüquqi və institusional bazasının gücləndirilməsi, bu sahədə idarəetmə üzrə effektiv sistemin qurulması, eləcə də yol hərəkətinin təhlükəsizliyi ilə bağlı məlumatlılığın artırılması və vətəndaşlar arasında yolda məsuliyyətli və təhlükəsiz davranış mədəniyyətinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikasının Hökuməti tərəfindən həyata keçirilən təşəbbüsdür.

Bu layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və birbaşa benefisiarı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir. Layihənin tərəfdaşları Avropa İttifaqının Polşadakı Nəqliyyat Layihələri Mərkəzi və Litva Nəqliyyat Təhlükəsizliyi İdarəsidir.

Film müsabiqəsi barədə daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

SİMA ilə “Bakcell”in müştəri xidmətləri rəqəmsallaşdırıldı

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı