Hansı bankda xarici valyutada depozit yerləşdirmək daha sərfəlidir?

BBN.az portalı yeni bazar araşdırmasını Sizə təqdim edir. Bu yazıda 3, 6 və 9 aylıq xarici valyuta əmanəti üçün təklif edilən faiz dərəcələrinə görə bankların sıralaması tərtib edilib.

İlk olaraq onu demək olar ki, əksər banklarda fiziki şəxslər üçün əmanət faizləri 0.25-2% arasında dəyişir.

Dollarla depozit yerləşdirmək üçün 3 aylıq “Bank VTB ASC”, 6 və 9 aylıq ən yüksək faiz təklif edən bank “Bank BTB ASC” (0.65%, 2%, 2.1%)-dir. USD valyutasında depozitlər üçün 3 aylıq “Bank of Baku ASC”, 6 aylıq “Azər Türk Bank ASC” və 9 aylıq minimum faiz dərəcəsi isə “Yapı Kredi Bank Azərbaycan QSC” də (0.1%, 0.1%, 0.25%) olub.

Euro ilə depozit yerləşdirmək üçün 3, və 9 aylıq ən yüksək faiz təklif edən bank “NBCBank ASC” (0.5%, 2%), 6 aylıq yüksək faiz təklif edən banklar isə “Muğanbank ASC” və “NBCBank ASC”dir (1%).

Euro ilə depozit yerləşdirmək üçün 6 aylıq “Azər Türk Bank ASC” də
(0.1%) , 9 aylıq minimum faiz dərəcəsi “Yapı Kredi Bank Azərbaycan QSC”dir (0.1%)

Ümumi siyahı ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz.

Related posts

Azərbaycan Respublikası Mərkəzi Bankı ölkə assosiasiyaları ilə görüş keçirmişdir

TuranBank ağacəkmə aksiyası təşkil edib

ABB və AZAL səyahət imkanları yaradan kobrend kartını təqdim etdi!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı