Hansı banklar təmir krediti verir? – ARAŞDIRMA

BBN.az analitika portalı yeni bazar araşdırmasını Sizə təqdim edir. Bu yazıda banklarda milli və xarici valyutada verilən təmir kreditlərinin  faiz dərəcələri təqdim edilib.

Araşdırmaya əsasən, təmir kreditləri “AccessBank” QSC (28%) tərəfindən yalnız milli valyutada, “Amrahbank” ASC (21%) və TuranBank ASC (21%) tərəfindən həm milli, həm də xarici valyutada, “Xalq Bank” ASC tərəfindən isə yalnız xarici valyutada verilir.

Qeyd edək ki, Banklarda müştərilərə manatla verilən təmir kreditlərinin orta faiz dərəcəsi 23.33%, xarici  valyutada verilən təmir kreditlərinin orta faiz dərəcəsi isə 21.16% – dir.

Banklar                                             Təmir krediti  
Milli valyutada verilən kredit (%) Xarici valyutada verilən kredit (%)
illik 18 ay 24 ay 36 ay illik 18 ay 24 ay 36 ay
AccessBank QSC 28      –        –        –
Amrahbank ASC 21 21
Xalq Bank ASC        – (16-22) (20-28)
TuranBank ASC 21 22 23 24 21 22 23 24

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır