Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Harvard Universitetinin əməkdaşları Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti ilə tanış olublar - BBN

Harvard Universitetinin əməkdaşları Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti ilə tanış olublar

Harvard Universitetinin Beynəlxalq İnkişaf Mərkəzinin nümayəndələri ilə ölkəmizdə fəaliyyət göstərən sənaye zonalarında birgə təqdqiqatların aparılması imkanları müzakirə edilib.

İqtisadiyyat Nazirliyi ilə ABŞ-nın Harvard Univeristeti arasında imzalanmış müqavilə çərçivəsində ölkəmizdə səfərdə olan Harvard Universitetinin Beynəlxalq İnkişaf Mərkəzinin (GROWTH LAB) nümayəndələri ilə oktyabrın 6-da Sumqayıt Kimya Sənaye Parkında görüş keçirilib.

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Elşad Nuriyev qonaqlara ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları və aqroparklar, burada sahibkarlar üçün mövud əlverişli investisiya imkanları barədə məlumat verib, İZİA-nın təqdimatı keçirilib.

Görüş çərçivəsində İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzi ilə mümkün əməkdaşlıq imkanlarının qurulması, sənaye sahəsində birgə fundamental və praktik əhəmiyyətli tədqiqatların aparılması barədə müzakirələr aparılıb.

Sonda qonaqlar Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkının rezidenti “Azerfloat” QSC-nin vərəqə şüşə istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olublar.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı