Hazırda 13.1 mln. bitcoin hesabı var

Bütün zamanların ən yüksək səviyyəsi olan 9682.10 dollar səviyyəsində olan Bitcoin hazırda 9664.26 dollar səviyyəsindədir.

Bitcoinin qiyməti ilin əvvəlindən bu yana 869% yüksəlib. Oktyabr ayından isə rəqəmsal pul vahidinin qiyməti 158% artıb. “Coinbase”in məlumatına görə, keçən həftənin son 3 günündə 100 000 yeni Bitcoin hesabı açılıb və hesab sayı 13.1 milyona çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır