Hecirləmə (hedging) nədir?

Hecirləmə (ingilis dilində hedge- çəpərləmək, sığortalamaq deməkdir) maliyyə risklərinin minimumlaşdırılması texnikasıdır.

Onun əsasında, qiymətlərin dəyişmə riskindən sığortalanmaq üçün elə xüsusi maliyyə alətlərinin alış-satış əməliyyatları anlaşılır ki, onların köməyilə ya hecirləmə obyektlərinin (aktivlər, sövdələşmə öhdəlikləri) dəyərinin və ya onunla təmsil olunan pul axınlarının dəyişməsi ilə bağlı olan itkilərin tam və ya qismən kompensasiyası, müxtəlif paylı investisiya fondlarına, iqtisadiyyatın müxtəlif sektorlarına, fondların müxtəlif indekslərinə, müxtəlif ölkələr və sairə qoyuluşların diversifikasiyası təmin edilir.

İnflyasiya və hətta, ümumilikdə siyasi qeyri-stabillik, iqtisadiyyatda və maliyyə sistemində dağıdıcı proseslərdən sınanmış hecirləmə vasitəsi, qızıl və ya fyuçerslər hesab edilir.

Hecirləmə texnikasında formal müqavilələr, opsionlar, fyuçerslər, faiz svopları kimi maliyyə alətlərindən istifadə oluna bilər.

Hecer (hedger) isə, hecirləməni həyata keçirən şəxsdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır