“Hertz” və “Tesla” arasında anlaşma avtomobil bazarına böyük təsir edib

ABŞ-da uzun müddətdir ki fəaliyyət göstərən və avtomobil icarəsi sahəsində nəhəng şirkətlərdən olan “Hertz Corporation” elektromobil istehsalçısı “Tesla” ilə əməkdaşlıq çərçivəsində 100 min ədəd elektriklə işləyən avtomobil sifariş edib. 4.2 milyard dollar məbləğində qərarlaşan bu satınalmanın əsas səbəbi olaraq “Hertz”in icarə avtomobillərini elektromobillərlə əvəz etməyi planlaşdırması göstərilib.

Qeyd edək ki, bir müddət öncə müflisliyin astanasından dönən “Hertz” şirkətinin bu addımı səhm dəyərində də özünü göstərib. Belə ki, satınalmanın açıqlanması ilə şirkətin səhm qiyməti 10 faizdən çox artaraq səhmbaşına 27.17 dollarda qərarlaşıb. Elektromobil nəhəngi “Tesla”nın səhm dəyəri isə 12%-lik artımla 1024.86 dollar səviyyəsinə çatıb. Bununla da, “Tesla” şirkəti “Apple”, “Amazon”, “Facebook” və “Alphabet” şirkətlərindən sonra , bazar kapitalizasiyası  bir trilyon dolları ötən beşinci şirkətə çevrilib.

“Tesla” şirkətinin təsisçisi Elon Mask isə sərvətinə daha 36.2 milyard dollar qataraq 288.6 milyard dollar ilə dünyanın ən zəngin şəxsi statusunu möhkəmləndirib. (Bloomberg Billionaires Index)

Related posts

Venesueladakı hadisələr ABŞ neft şirkətlərinin səhmlərini bahalaşdırıb

Qızılın qiyməti tarixi maksimumu yeniləyib

Platin qiymətləri tarixi maksimumu yeniləyib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı