Hesabı Unibank kartınla ödə, xərclədiyinin 10%-ni geri al!

Unibank aylardır dostları, əzizləri ilə bir kafedə oturub istirahət etmək arzusunda olan hər kəs üçün çox sərfəli kampaniya keçirir. Avqustun 22-dək (22-si daxil) ölkədaxili  bütün kafe və restoranlarda Unibank kartları ilə edilən hər bir ödəniş zamanı ödənilən vəsaitin 10 %-i kartınıza geri qayıdacaq. Bu  kampaniya bütün POS-terminallarda edilən ödəniş üçün keçərlidir. 

Bazardakı bank kartlarının müqayisəsi göstərib ki, Unibank kartları ən çox cashback qazandıran kart məhsullarındandır. İndiyədək Unibank kart sahiblərinin qazandığı cashback məbləğinin həcmi 900 min manatı ötüb.

Siz də ödənişlərinizi Unibank kartları ilə edin və cashback qazanın!

Hazırda 1000-ə yaxın partnyor mağaza və xidmət mərkəzlərində Unibank kartları ilə edilən ödənişlər zamanı kart sahibinin xərclədiyi vəsaitin bir hissəsi müştərinin hesabına qayıdır. Bankın bütün əmək haqqı kartları və eləcə də Albalı Plus kredit və Albalı Plus debet kart sahibləri partnyor mağazalarda alış- veriş edərkən, xidmətlərdən istifadə edərkən, xərclədikləri vəsaitin 30%-dək hissəsi karta geri qayıdır. Partnyor şəbəkəsində (https://unibank.az/az/cards/cashback) istənilən sektordan – supermarket, geyim, aksesuar, parfümeriya, texnika, turizm, səhiyyə və tibb, avto, ev əşyaları və digər tərəfdaşları tapmaq mümkündür.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank-hər kəsin bankı!

Related posts

Xalq Bankdan Visa Infinite kartını 50% endirimlə əldə edin

Birbank taksit kartı sahiblərinə Trendyol ödənişlərində hissəli ödəmə imkanı

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı