Hesablama Palatası Kollegiyasının iclası keçirilib

Azərbaycan Respublikası Hesablama Palatasının növbəti Kollegiya iclasında “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyi müzakirə edilib.

5 bölmədən ibarət olan rəyin tərtibinin hüquqi əsasları, məlumat bazası, dövlət büdcəsinin icrasını xarakterizə edən makroiqtisadi şərait, həmçinin gəlir və xərclərin təhlilinin nəticələri barədə məlumat verilib.

İclas iştirakçıları rəy barədə  fikir və təkliflərini bildirib. Qanun layihəsinin və dövlət büdcəsinin icrası barədə illik hesabatın Azərbaycan Respublikasının Milli Məclisində müzakirə edilməsinin tövsiyə olunması ilə bağlı Kollegiya Qərarı qəbul olunub.

Kollegiyada Hesablama Palatasının 2017-ci il üçün iş planında nəzərdə tutulan bir neçə audit üzrə nəzarət tədbirinin proqramı təsdiq edilib, aparılmış nəzarət tədbirlərinin nəticələri üzrə təqdimatların icra vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır