Hesablaşma sistemləri üzrə tariflər dəyişib

2017-ci ilin fevral ayının 1-dən etibarən “Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi” (AZIPS) və “Xırda Ödənişlər üzrə Hesablaşmalar və Kliring Sistemi”ndə (XÖHKS) üzrə yeni xidmət haqqı tariflərinin tətbinə başlanılır.

Bu haqda bank dairələrindən BBN.az-a məlumat verilib.

Yeni tariflər iş gününün saatlarına uyğun olaraq differensiallaşdırılıb. Bu fəaliyyət reqlamentlərindən səmərəli istifadə edilməsi məqsədi daşıyır.

Yeni reqlamentə görə xidmət haqqlarının differensiallaşdırılması isə təqribən aşağıdakı kimi aparılacaqdır:

Reqlament Xidmət haqqı
09:20-15:00 Baza xidmət haqqı
15:00- 16:30 Baza xidmət haqqı + 50%
16:30 – 17:00 Baza xidmət haqqı +100%

Yeni reqlamentə əsasən, ödəniş sənədlərini qəbulu və emalı vaxtı uzadılıb.

Bundan əlavə iştirakçı banklar öz sistemlərini XÖHKS üzrə yeni aktivləşdirilmiş birbaşa debetləşmə funksiyasına uyğunlaşdırmalı olacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır