Heydər Əliyev Mərkəzində “İnvestisiya səyahəti” tədbiri təşkil olunmuşdur

Bakı Fond Birjasının 2021-2023-cü illər üzrə strateji prioritetini ticarət dövriyyəsində üstünlüyün korporativ qiymətli kağızlar bazarına yönləndirilməsi müəyyən edilmiş və bu istiqamətdə davamlı tədbirlər həyata keçirilir.

3 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı, Bakı Fond Birjası, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Bakı Fond Birjasının üzvləri olan investisiya şirkətlərinin iştirakı ilə Lənkəran şəhərində yerləşən Heydər Əliyev Mərkəzində “İnvestisiya səyahəti tədbiri təşkil olunmuşdur.

Bu sayca ikinci belə tədbirdir, birinci “İnvestisiya Səyahəti” tədbiri 20 oktyabr 2021-ci il tarixində Xaçmaz şəhərində keçirilmişdir. Artıq mütəmadi olaraq təşkil olunan investisiya səyahəti tədbirlərinin əsas məqsədi regionlarda fəaliyyət göstərən  biznes subyektlərini alternativ maliyyələşmə mənbəyi olan qiymətli kağızlar bazarı barədə məlumatlandırmaqdır.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı