“Heyvan subsidiyası” modulundan istifadə qaydaları ilə bağlı təlimlər keçirilir

Carı ilin yanvar- fevral ayları ərzində regionlarda yaşayan heyvandar fermer və mütəxəssislər üçün “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın tətbiqi  və Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) ilə bağlı təlimlər davam etdirilib.

Heyvan subsidiyası modulundan istifadə qaydaları ilə bağlı Astara Dövlər Aqrar İnkişaf Mərkəzində (DAİM) keçirilmiş təlimdə 33 nəfər, Cəlilabad DAİM-dəki təlimdə 24 nəfər, Lənkəran DAİM-dəki təlimdə 45 nəfər, Şamaxı DAİM-də keçirilmiş təlimdə 52 nəfər, Qax DAİM-dəki təlimdə isə 46 nəfər iştirak edib.

Təlimlərə cəlb olunmuş iştirakçıların əksəriyyəti süni mayalandırma texnikləri, baytar sahə həkimləri, feldşerlər və aidiyyatı sahə mütəxəssisləri olublar.

Qeyd edək ki, respublikamızın müxtəlif rayonlarında “Heyvan subsidiyası” ilə bağlı maarifləndirmə işləri davam edir.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı