Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Hökumət buludu”nun Milli Data Mərkəzi yaradılacaq - BBN

“Hökumət buludu”nun Milli Data Mərkəzi yaradılacaq

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC-nin nəzdində fəaliyyət göstərən Data Mərkəzi əsasında “Hökumət buludu”nun Milli Data Mərkəzi yaradılacaq.

Bu işlər “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu (G-cloud) konsepsiyası” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 oktyabr tarixli 428 nömrəli Qərarı ilə hazırlanmış Keçid Planına əsasən həyata keçirilir.

“Hökumət buludu”nun coğrafi ehtiyatlılığını, dayanıqlı fəaliyyətini, arxivdən bərpasının təmin edilməsini və kiberhücumlar, fövqəladə hallar, hərbi vəziyyət zamanı məlumatların qorunmasını Milli Data Mərkəzi təmin edəcək. Bu mərkəz mühafizə olunması həyat təminatlı və mühüm əhəmiyyətli kritik infrastrukturdur.     

Hazırda layihənin infrastrukturu hazırlanır və Keçid Planına uyğun olaraq dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası başlanacaq.    

Qeyd edək ki, “Hökumət buludu” layihəsi dövlət orqanlarının malik olduğu informasiya sistemlərinin beynəlxalq standartlara cavab verən vahid data mərkəzi infrastrukturunda həyata keçirilir. Sözügedən layihə informasiya sistemlərinin dayanıqlı, çevik, təhlükəsiz və optimallaşdırılmış xərclərlə fəaliyyətinə zəmin yaradan, “bulud” xidmətlərindən istifadəni təmin edən və istənilən məkandan məlumatın əldə edilməsinə imkan verən “bulud hesablama texnologiyası”dır. Bu texnologiyanın tətbiqi dövlət informasiya sistemlərinin təhlükəsiz saxlanılmasını, dayanıqlı infrastrukturda mərkəzləşdirilmiş qaydada formalaşdırılmasını təmin edir.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı