Hökumət Evində Vətəndaşların Qəbulu Mərkəzinə 7 mindən çox vətəndaş müraciəti edilib

Hökumət Evində Vətəndaşların Qəbulu Mərkəzinə müraciətlər əsasən insan hüquqlarının qorunması, dövlət satınalmaları, istehlakçıların müdafiəsi, əqli mülkiyyətin rəsmiləşdirilməsi, subsidiya, əmlak, su təminatı və digər məsələləri əhatə edib.

Hökumət Evində fəaliyyət göstərən Vətəndaşların Qəbulu Mərkəzinə fəaliyyət göstərdiyi bir il ərzində 7 mindən çox vətəndaş müraciət edib. Müraciətlər əsasən insan hüquqlarının qorunması, dövlət satınalmaları, istehlakçıların müdafiəsi, əqli mülkiyyətin rəsmiləşdirilməsi, subsidiya, əmlak, su təminatı və digər məsələləri əhatə edib. Mərkəzdə vətəndaşların müraciətləri üzrə operativ məsələlər yerindəcə həll olunub, araşdırma tələb edən yazılı müraciətlər qeydiyyata alınaraq aidiyyəti üzrə yönəldilib.


Qeyd: Vətəndaşların Qəbulu Mərkəzində Hökumət Evi inzibati binasında yerləşən dövlət qurumlarının – Ombudsman aparatı, Mədəniyyət, İqtisadiyyat, Kənd Təsərrüfatı və Energetika nazirliklərinin, Əqli Mülkiyyət Agentliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndələri təmsil olunur. Mərkəz vətəndaşların qəbulunun vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi məqsədilə 5 iyul 2022-ci il tarixində fəaliyyətə başlayıb. Burada ümumi qəbul sahəsi, videoqəbul otaqları, aidiyyəti məsul şəxslər tərəfindən qəbul üçün xüsusi otaqlar, “Ana və uşaq otağı” fəaliyyət göstərir.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı