“HR Konfransı” keçiriləcək

25 yanvar 2018-ci ildə Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Tədris strategiyaları və İnsan Resursları üzrə” Ekspert Qrupunun iclası keçirilib.

İclasın gündəliyində duran əsas məsələ “HR konfransı”nın keçirilməsi və bu konfransın gündəliyindəki mövzular olub.

İclasda “HR konfransı”nın keçirilməsi qərara alınıb. Konfransın gündəliyindəki əsas məsələlər işçilərin motivasiyası, digital HR, kadr rezervinin hazırlanması, karyera inkişafı, SMART hədəflər, işçilərin iş yüklərinin hesablanması və s. bu kimi məsələlərdir.

İclasda, həmçinin, qeyd olunub ki, konfransın keçirilməsi ilə bağlı banklardan təkliflərin alınması, sorğuların həyata keçirilməsi və digər aidiyyatı məsələlər üçün Ekspert Qrupunun nəznində İşçi Qrupu yaradılmalıdır.

Qeyd edək ki, ABA 1990-cu ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 29 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda Azericard MMC ABA-nın üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır