“HSBC Bank” ABŞ-da rəqəmsal kredit platformu istifadəyə verəcək

Dünyanın 66 ölkəsində 3800-ə yaxın ofisə malik olan nəhəng maliyyə qurumu müştərilərinin kredit tələblərinə tam cavab verə bilmək üçün daha çox şəxsi məqsədlər üçün nəzərdə tutulmuş kreditlərin verilməsinə fokuslanan platformanın yaradılmasında maraqlıdır.

Bankın verdiyi açıqlamada platformanın yaradılmasında Avant şirkəti tərəfindən istifadə olunmuş və şirkətə külli miqdarda gəlir gətirmiş Amount texnologiyasından istifadə olunacağı bildirilib. Səbəb olaraq, sözügedən texnologiyanın HSBC bankın xüsusiyyətlərinə və eləcə də risk modellərinə uyğunlaşmasıdır.

Müştəri tərəfindən platformada doldurulan ərizə forması təsdiq olunduğu təqdirdə, şəxsin 30000 dollara qədər və maksimum 5 illik müddətdə kredit almasına şərait yaranacaq.

Kredit platformunun 2019-cu ilin birinci yarısında istifadəyə verilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır