Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“HSBC” rekord mənfəət əldə edib

“HSBC” rekord mənfəət əldə edib

Avropanın ən böyük bankı olan “HSBC” bank ötən ilin dördüncü rübünə olan maliyyə hesabatlarını açıqlayıb. Hesabata istinadən, Böyük Britaniya mərkəzli bank dördüncü rübdə mənfəət göstəricilərində rekord artıma nail olub.

Belə ki, bank 2021-ci ilin dördüncü rübündə 1.79 milyard dollar xalis mənfəət əldə edib. Bu göstərici 2020-ci ilin son rübü (562 milyon dollar) ilə müqayisədə 3 dəfədən çox artım deməkdir. 

Bankın sözügedən rüb üzrə xalis gəlir göstəricisi 3.9 milyard dollarlıq artımla 12.6 milyard dollar səviyyəsində qərarlaşıb.

Bankın icraçı direktorunun açıqlamasına əsasən, göstəricilərin müsbət yöndə artımının əsas səbəbi koronavirus pandemiyasının qismən də olsa səngiməsi və qlobal iqtisadiyyatın stabilləşməsidir.

Related posts

VTB (Azərbaycan)-da sahibkarlar üçün Novruz kampaniyası davam edir

Unibankdan xanımlara 8 Mart hədiyyəsi- 8 %-lik kredit

AccessBank və AYİB Risklərin Bölüşdürülməsi Proqramı çərçivəsində restoran biznesinin genişlənməsini birgə maliyyələşdirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı