“Huawei” yeni əməliyyat sistemini təqdim edib

“Huawei Technologies” cümə günü “ağıllı telefonlar”da tətbiq ediləcək yeni əməliyyat sistemini təqdim edib. “Harmony” (Çin dilində “Hongmeng”) adlandırılan bu əməliyyat sisteminin yaradılmasının əsas səbəbi kimi ABŞ-Çin “ticarət müharibəsi” səbəbindən şirkətin “Android” əməliyyat sisteminə çıxışının təhlükədə olması göstərilir.

Lakin, şirkətin cari mobil telefonlar bir müddətliyinə “Android” əməliyyat sistemi ilə işləməyə davam edəcək. Yaxın zamanda şirkət tərəfindən təqdim ediləcək “Honor Smart Screen” məhsulunun“Harmony” əməliyyat sisteminin ilk daşıyıcısı olması gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır