“Hunter” layihəsi çərçivəsində gömrük əməkdaşları üçün seminar keçirilir

Oktyabrın 15-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Böyük Britaniyanın Sərhəd Mühafizəsi Direktoratlığı arasında həyata keçirilən “Hunter” layihəsi çərçivəsində gömrük əməkdaşları üçün “Sərnişinlərə dair ilkin məlumat (APİ) və Sərnişin adlarının qeydiyyatı (PNR) sahəsi üzrə hədəflərin müəyyənləşdirilməsi” mövzusunda dördgünlük seminar başlayıb.

Seminarın açılışında Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp iştirak ediblər.

Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycandakı səfiri Ceyms Şarp seminarın açılışında çıxış edərək iki ölkə arasındakı əlaqələrdən bəhs edib, son dövrlərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən layihələrin qarşılıqlı əməkdaşlığa əlavə imkanlar yaratdığını diqqətə çatdırıb.

Ətraflı məlumat üçün keçidə daxil ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır