“Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti iclası baş tutub

19 iyul 2019-cu il tarixində “Unibank” ASC-nin Baş ofisində ABA-nın nəzdindəki “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib.

İclas zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” və “Kredit büroları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsinə dair qanun layihəsi müzakirə edilib.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır