DÜNYA BU SAATI GÖZLƏYİR: 04:00! Trampın İran ultimatumu bitir – Savaş, yoxsa Sövdələşmə?
BBN.az xəbər verir ki, dünya iqtisadiyyatı və qlobal enerji bazarları nəfəsini dərərək Vaşinqtondan gələcək xəbəri gözləyir. ABŞ Prezidenti Donald Trampın İranın Hürmüz boğazını tam açması və yeni saziş imzalaması üçün təyin etdiyi son möhlət bu gün başa çatır.
Vaxt daralır: Bakı vaxtı ilə saat neçədə? Prezident Trampın müəyyən etdiyi ultimatum ABŞ Şərq vaxtı ilə bu axşam saat 20:00-da (8:00 P.M. ET) bitir. Bu isə Bakı vaxtı ilə aprelin 8-i, səhər saat 04:00 radələrinə təsadüf edir.
“Cəhənnəm yağışı” xəbərdarlığı .Tramp son açıqlamasında qeyd edib ki, əgər tələblər yerinə yetirilməsə, İranın mühüm infrastrukturları hədəf alınacaq. “Onların heç bir körpüsü, heç bir elektrik stansiyası qalmayacaq” deyən Tramp, bu günün “Körpülər və Elektrik Stansiyaları Günü” (Power Plant and Bridge Day) ola biləcəyi ilə hədələyib.
Diplomatik masada son cəhdlər Pakistan, Türkiyə və Misir vasitəçilərinin hazırladığı 45 günlük müvəqqəti atəşkəs planı hələ də masadadır. Tramp danışıqların “yaxşı getdiyini” desə də, İran tərəfi hələ ki rəsmi olaraq son təklifi rədd edib və sanksiyaların tam qaldırılmasını tələb edir. Bu gərginlik fonunda neft qiymətləri sürətlə bahalaşır, Wall Street-də isə qeyri-müəyyənlik səbəbindən enişlər müşahidə olunur. İnvestorlar “səhər saat 04:00” ssenarisinə hazırlaşır.