I rübdə Energetika Nazirliyinin Çağrı Mərkəzinə 1192 müraciət daxil olub

2021-ci ilin I rübündə vətəndaş müraciətləri ilə bağlı Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 1192 zəng qəbul edilib. Daxil olan zənglərin 577-i elektrik enerjisi təchizatı, 160-ı qaz təchizatı, 79-u sayğacların quraşdırılması, 14-ü istilik sistemi, 314-ü isə digər məsələləri əhatə edib. 42 zəng təşəkkür xarakterli, 6-sı isə Fövqəladə Hallar Nazirliyindən daxil olan qaz sızması və dəm qazı ilə bağlı olub.

Bu dövrdə daxil olan bütün zənglər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə və Enerji Məsələlərini Tənzimləmə Agentliyinə yönləndirilib və müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb.

Qeyd edək ki, xüsusi karantin rejiminin davam etdiyi müddətdə vətəndaşlar müraciətlərini (012) “974” Çağrı Mərkəzi, (012) 598-16-55 “Qaynar xətt”i, minenergy@minenergy.gov.az elektron poçt ünvanı və www.minenergy.gov.az internet səhifəsi vasitəsilə Energetika Nazirliyinə ünvanlaya bilərlər.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı