İcbari sığorta növləri üzrə 1 152 066 ədəd sığorta müqaviləsi bağlanılıb

İcbari Sığorta Bürosunun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 2016-cı il ərzində  qeyri-həyat icbari sığorta növləri üzrə bağlanmış müqavilələrin sayı 1 152 066 , eyni zamanda, sığorta haqlarının məbləği isə 106,076 milyon manatdan artıq olub.

2015-ci il ilə müqayisədə bağlanmış icbari sığorta müqavilələrinin sayında 6.8%, sığorta haqlarının məbləğində isə 4.8% artım müşahidə edilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır