ICD iki Azərbaycan bankına vəsait ayıracaq

Özəl sektorun inkişafı üzrə İslam Korporasiyası (ICD) Azərbaycanın iki bankına və bir şirkətinə təxminən 30 milyon dollar maliyyə yatırmaq imkanlarını müzakirə edir. Bununla bağlı əlaqəli mənbə məlumat yayıb.

Mənbə bankların və şirkətin adlarını bildirmədən onu qeyd edib ki, yaxın vaxtlarda müvafiq razılaşmalar imzalanacaq.

Mənbə əlavə edib: “Vəsait pambıqçılıq, qida və tekstil sənayesi sahələrinin maliyyələşdirilməsinə yönəldiləcək”.

Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır