Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ICPEN Mentorluq Proqramı çərçivəsində Türkiyə Ticarət Nazirliyinin nümayəndə heyəti ilə Agentlikdə görüş keçirilib - BBN

ICPEN Mentorluq Proqramı çərçivəsində Türkiyə Ticarət Nazirliyinin nümayəndə heyəti ilə Agentlikdə görüş keçirilib

Türk dövlətlərinin istehlakçı hüquqlarının qorunması sahəsində tənzimləyici orqanları arasında əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsinin artırılması məqsədilə TDT nəzdində İstehlakçı Hüquqlarının Müdafiəsi Şurasının yaradılması məsələsi müzakirə edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində Türkiyə Ticarət Nazirliyinin İstehlakçıların Müdafiəsi və Bazara Nəzarət Baş İdarəsinin müdir müavini Bayram Uzunoğlu, Reklama nəzarət şöbəsinin müdiri Mehmet Mustafa Gül və ticarət məsələləri üzrə ekspert Ece Özçalışkanla görüş keçirilib.

İstehlakçı Hüquqlarının Müdafiəsi və Mühafizəsi üzrə Beynəlxalq Şəbəkənin (ICPEN) Mentorluq Proqramı çərçivəsində təşkil olunan görüş zamanı Türk Dövlətləri Təşkilatı (TDT) nəzdində İstehlakçı Hüquqlarının Müdafiəsi Şurasının yaradılması məsələsi müzakirə edilib. Bu xüsusda, türk dövlətlərinin istehlakçı hüquqlarının qorunması sahəsində tənzimləyici orqanları arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb. Bildirilib ki, bu təşəbbüs üzv ölkələrlə təcrübə mübadiləsini artıraraq istehlakçıların maraqlarının daha effektiv şəkildə qorunmasına şərait yaradacaq

Daha sonra Agentliyin İstehlak bazarına nəzarət, İstehlakçı hüquqlarının müdafiəsi, Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbələrinin mütəxəssisləri tərəfindən qurumun fəaliyyət istiqamətləri, müvafiq sahələrdəki qanunvericilik islahatları, eləcə də həmin istiqamətlər üzrə həyata keçirilən tədbirlər barədə təqdimatlar nümayiş olunub.

Bundan əlavə, qardaş ölkənin istehlakçı hüquqlarının müdafiəsi, o cümlədən Reklam Şurasının fəaliyyəti və reklama nəzarət üsulları ilə bağlı geniş təqdimatlar edilib, müvafiq sahələr üzrə Azərbaycan və Türkiyə təcrübəsi əsasında müqayisəli müzakirələr aparılıb.

Qeyd: 2006-cı ildən etibarən İstehlakçıların Hüquqlarının Müdafiəsi və Mühafizəsi üzrə Beynəlxalq Şəbəkəyə (ICPEN) üzv olan Azərbaycan Respublikası 2023-cü ildə təşkilatın Məsləhət Qrupuna da üzv seçilib. Ölkəmiz təşkilatda Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən təmsil olunur.

Related posts

ABA-nın “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun üzvü İlham Hüseynov “Arbitration for Business Impact” adlı tədbirdə çıxış edib

Azərbaycan ilə Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə edilib

Azərbaycan bankları BƏƏ-nin “Jisr” multi-CBDC platforması ilə bağlı müzakirələr aparıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı