“İcraçı Kredit Agentliyi” MMC bank olmayan kredit təşkilatı (BOKT) ləğv olunur.
BBN.az xəbər verir ki, “İcraçı Kredit Agentliyi” MMC bank olmayan kredit təşkilatı (BOKT) ləğv olunduğunu elan edib. BOKT-dən verilən məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, 574-cü məhəllə, ev 4 ünvanına təqdim edə bilərlər.
Qeyd edək ki, “İcraçı Kredit Agentliyi” 2002-ci ildə yaradılıb və onun nizamnamə kapitalı 324 min manat təşkil edir.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı BOKT-lər üçün nizamnamə kapitalı tələblərini 300 min manatdan 1 milyon manata qədər artırıb. Bu tələbin yerinə yetirilməsi üçün təşkilatlara müəyyən müddət verilib. Görünən odur ki, yeni kapital tələblərini icra edə bilməyən bəzi BOKT-lər bazarı tərk etmək qərarı verir.