İdarəetmədə 10/90 qaydası: Bu nə deməkdir?

Forbes nəşrində oxuduğum məqalə şirkətlərdə doğru idarəetmə sistemləri ilə bağlı idi. Viktor Lipman uzun illərdir ki, idarəetmə (menecement) ilə bağlı mövzularda yazır. Onu Twitter platforması üzərində də izləyə bilərsiniz. O yazısında qeyd edir ki, “İdarəetmə 10% iş, 90% insanlardır. 

Və o, məqaləsini bu sözləri ilə davam etdirirdi, “Yuxarıdakı başlıq, LinkedIn-də keçmiş həmkarımdan aldığım qeyd səbəbindən ağlımda idi. Mən bu yaxınlarda idarəetmədə empatiyanın rolunu araşdıran bir məqalə yazmışdım. Uğurlu idarəetmə üçün empatiya nə qədər vacibdir? Nəticədə, o mənə aşağıdakı düşündürücü fikirlərini göndərdi: “Təşkilatların biri ilə əməkdaşlıq etdiyim dövrdə orada güclü bir lider ilə tanış oldum, o mənə bu sözləri demişdi, uğurlu idarəetmənin açarı 10% iş, 90% isə insanlardır”. 

Viktor Lipmanın öz şəxsi düşüncələrinə görə, idarəetmədə 10/90 qaydası, biznesin növündən və işin təbiətindən asılı olaraq dəyişə bilər. Əlavə edir ki, bu qayda 20-80, 30-70, hətta 5-95% şəklində də bölüşdürülə bilər. Lipman bildirir ki, yəqin ki, bu suala cavab vermək çox çətin olardı. Ancaq başqa bir aspektdən isə 50-50% qaydası da uğurlu idarəetmə üçün keçərli ola bilər. Yəni, 50% insanlar və 50% iş. Komanda üzvləri ilə kommunikasiya qurmaqda çətinlik çəkən menecerlər sonradan ciddi problemlər ilə üzləşirlər. Məsələn, komanda daxili motivasiya, məhsuldarlığın azalması və nəticədə işçilərdə şirkəti tərk etmək istəyi yaranır. 

Uzun illər şirkətlərdə uğurlu idarəetmə mövzularında məqalələr yazan araşdırmaçı V.Lipman bildirir ki, “görünən odur ki, çox effektiv işləyən liderlər heç vaxt mən demirlər, əvəzində isə biz deyir və komanda şəklində ortaya çıxan işə daha çox önəm verirlər. “Bəlkə də bu sözlər mövzu ilə tam əlaqəli olmasa da, amma inanıram ki, keçmiş həmkarımın 10-90 qaydasına çox uyğun gəlir”, – deyə Forbes-in yazarı qeyd edir.   

Mənbə: Forbes

https://www.forbes.com/sites/victorlipman/2018/03/02/management-is-10-work-and-90-people/?sh=57978c1e6f0c

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı