“İdeyadan uğurlu biznesə” startap müsabiqəsinə müraciətlərin qəbulu başa çatdı

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “Ekvita” şirkətinin dəstəyi ilə keçirilən “İdeyadan uğurlu biznesə” startap müsabiqəsinə müraciətlərin qəbulu başa çatıb. 

Daxil olmuş layihələr sentyabrın 30-dək yerli və xarici ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və yarım finalçılar müəyyən olunacaq. Müsabiqənin final mərhələsi isə oktyabrın 5-də keçiriləcək.

“İdeyadan uğurlu biznesə” startap müsabiqəsinin qalibi olacaq 3 iştirakçıya pul mükafatı (I yer 1000 manat, II yer 700 manat, III yer 500 manat) təqdim ediləcək, eləcə də startapların inkişafı üçün mentorluq xidməti və işgüzar əlaqələrinin qurulmasında dəstək göstəriləcək.

Qeyd edək ki, Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanın kənd yerlərində sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində keçirilən “İdeyadan uğurlu biznesə” startap müsabiqəsinin məqsədi Azərbaycan regionları üzrə gənclər arasında ən uğurlu startapları müəyyən etmək və onların potensialını üzə çıxarmaqdır. Azərbaycanda yeni biznes ideyaların, məhsul və xidmətlərin yaradılmasına və inkişafına dəstək göstərilməsi də müsabiqənin məqsədləri sırasındadır. 

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı